““Xəzər-Lənkəran”ın məğlubiyyətinin əsas səbəbi...”

xezer-lenkeranin-meglubiyyetinin-esas-sebebi
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, bu sözlər “Xəzər Lənkəran” klubunun köməkçi məşqçisi Emin Quliyevə məxsusudur.”Bakı” ilə görüşdən 2-0 hesablı məğlubiyyətlə ayrılan Lənkəran təmsilçilərinin oyunu məşqçilər korpusunu qətiyyən razı salmayıb.

Oyundan sonra “Qafqazinfo”ya verdiyi açıqlamasında klubun köməkçi məşqçisi oyundan narazı qaldığını bildirib: “Əzmkarlıq olmayan yerdə qələbə də olmaz. Mənə elə gəlir ki, oyunu uduzmağımızın yeganə səbəbi uşaqların ürəklə mübarizə aparmaması oldu. Oyunda sonra bütün komanda ilə birlikdə iclas təskil etdik və buraxdığımız səhvlərə baş məşqçimizlə birlikdə baxdıq.İnanıram ki, gələcək oyunlarda bu cür səhvlərə yol vermərik”.

Qeyd edək ki,bu “Xəzər Lənkəran” nın yeni məşqçi Bakeslə çıxdığı ilk qarşılaşma idi.

İqbal