“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar qardaş ölkədə əksər klubların qısamüddətli istirahəti səbəbindən "ağ-yaşıllar" bu günə planlaşdırılmış yoxlama oyununu dostluq matçı ilə əvəz edib.
"Xəzər Lənkəran” Bakı vaxtı ilə saat 20.00-da Türkiyə həvəskarlar liqində mübarizə aparan "Antalya Kundu Spor” klubu ilə məskunlaşdığı otelin futbol meydanında qarşılaşacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl yoxlama oyununda "Kasımpaşa"ya 0:2 hesabı ilə uduzub, "Niğdespor"a qalib (1:0) gəlib.
18 iyul
20:00. "Xəzər Lənkəran" - "Antalya Kundu Spor"
Son xəbərlər
Son Xəbərlər