“Xəzər Lənkəran”ın oyunu haqqında araşdırmalar başladı - Fotolar

xezer-lenkeranin-oyunu-haqqinda-arasdirmalar-basladi
Oxunma sayı: 1473

Rumıniyalı hakim Valentin Mihalake haqqında araşdırmalara başlanılıb. “Qafqazinfo” xəbər verir ki, yerli mətbuatın iddiasına görə referinin 2012-ci ildən Antalyada idarə etdiyi matçların hamısının nəticəsi əvvəlcədən bəlli olub. 

Belə ki, Mihalakenin şübhəli sayılan oyunları arasında “Xəzər Lənkəran”ın da oyunu var. 2012-ci ilin fevral ayında baş tutan “Vointa” (Sibiu) – “Xəzər Lənkəran” oyunu ilə bağlı da araşdırmalar gedir.

Hakimin hətta Antalyaya gizli şəkildə yollandığı bildirilir. Onun dərs dediyi məktəbin müəllimi də bunu təsdiq edib: “Bəli, o, ölkə xaricinə gedirdi. Amma biz bilmirdik hara və niyə gedir. Adətən uşağının xəstə olduğunu bildirirdi”.

Mihalakenin idarə etdiyi oyunların şübhəli matçlar sırasında olmasına səbəb onun Antalyaya getmədiyini bildirməs, lakin sonradan şəkillərin ortaya çıxmasıdır.

Onunla birlikdə Rumıniya Hakimlər Apleyasiya Komitəsinin prezidenti Neaqu Kostinelin də addı hallanır. Komitə prezidentinin də Mihalake ilə birlikdə hərəkət etdiyi deyilir.