“Xəzər Lənkəran”ın qapıçısı cəzalandı

xezer-lenkeranin-qapicisi-cezalandi
Oxunma sayı: 960


“Qafqazinfo” “affa.az” saytına istinadən məlumat verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının II turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 38-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

Topaz Premyer Liqasının II turunun “Nefçi” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə ödəyəcək.