““Xəzər Lənkəran”ın qələbəsinə kölgə salmaq lazım deyil”

xezer-lenkeranin-qelebesine-kolge-salmaq-lazim-deyil
Oxunma sayı: 634

“Qafqazinfo”ya açıqlama verən “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyilənlərin əsassız olduğunu düşünür:

“Hakimlik haqqında danışmaq düzgün olmazdı. Oyuna baxanlar hər şeyi gördü. Kimin nə dediyi isə mənə qətiyyən maraqlı deyil. Hakim nə etdi ki? Vurduğumuz qol cərimə zərbəsindən sonra oldu. Burada isə aşkar qayda pozuntusu vardı. Belə söz-söhbətlərlə “Xəzər Lənkəran”ın qələbəsinə kölgə salmaq lazım deyil”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra “Neftçi”nin futbolçuları Flavinyo, Ruslan Əmircanov, Bahodir Nasimov və məşqçisi Tərlan Əhmədov verdikləri açıqlamada baş hakimin qərəzli idarəçiliyindən şikayətlənmişdi.

Ceyhun Əhmədov