“Qafqazinfo” xəbər verir ki, “Cim-Bom” tərəfdarları komandanın sabiq baş məşqçisi Mustafa Dənizli və ölkənin məşhur idman yazarlarından olan Şansal Büyükanın “LİG TV”dəki çıxışlarına etiraz olaraq üzərində “Dənizli və Şansal “Fənərbaxça” üçün yayıma” yazılı pankartlarlar onlara sərt mesaj göndəriblər.
Mustafa Dənizli isə azarkeşlərin bu mesajlarına belə cavab verib: “O pankartlar mənim üçün gözlənilməz oldu. Futbolda iki böyük yuvam var. Biz “Altay”, biri də “Qalatasaray”. Biri məni “Böyük Mustafa”, biri də Mustafa Dənizli etdi. Bunun səbəbi “Cim-Bom” camiəsinin mənə duyduğu sevgidir. Həqiqətən onların etdikləri içimi yandırdı. Məni hər kəs tanıyır. Tv-də iki mövsümdür ki, işləyirəm. Orda nə demişəmsə, sözlərimin arxasındayam”.
Son xəbərlər
Son Xəbərlər