“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi türk klubunda

xezer-lenkeranin-sabiq-bas-mesqcisi-turk-klubunda
Oxunma sayı: 1519

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, 67 yaşlı mütəxəssis Türkiyə I Liqasında mübarizə aparan "Əskişəhərspor"u çalışdıracaq.

Təcrübəli çalışdırıcı istefaya göndərilən Alpay Özalanı əvəzləyəcək.

Qeyd edək ki, "Əskişəhərspor" 20 turdan sonra 35 xalla 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış türkiyəli mütəxəssisin məşqçi kimi sonuncu komandası "Qalatasaray" olub.