“Xəzər Lənkəran”ın yeni transferləri “Qarabağ”la oyunu buraxa bilər

xezer-lenkeranin-yeni-transferleri-qarabagla-oyunu-buraxa-biler
Oxunma sayı: 1798

Topaz Premyer Liqasının 4-cü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, cənublular bu matçda da yeni transferlərinin xidmətindən istifadə etməyə bilər. Klubdan aldığımız məlumata görə, məlum cəza ilə bağlı həmin futbolçuların Ağdam təmsilçisi ilə qarşılaşmada iştirakı dəqiq deyil. Belə ki, cənublular oyunçuların adını PFL-ə təqdim etmək üçün FİFA-dan gələcək təsdiq məktubunu gözləyirlər. Yalnız bundan sonra PFL həmin oyunçuların adını iştirak ərizəsinə daxil edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” qarşılaşması sentyabrın 12-də keçiriləcək.