“Xəzər Lənkəran”la “Neftçi” arasında tarixi hadisə

xezer-lenkeranla-neftci-arasinda-tarixi-hadise-
Oxunma sayı: 650

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin gün “Xəzər Lənkəran” bu arenada 100-cü rəsmi matçını keçirəcək. Tarixi ərzində ev oyunlarını digər 7 stadionda da keçirən komanda doğma arenada indiyədək 99 qarşılaşmaya çıxıb. “Neftçi” ilə görüş isə 100-cü – yubiley matçına təsadüf edir.

2004-cü ildə yaranan “Xəzər Lənkəran” doğma arenada debütünü 2005-ci ilin martında edib. Həmin vaxt martın 15-də baş hakim Məhəmməd Məmmədovun fiti ilə Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran”ın ilk oyunu start götürüb. Azərbaycan kubokunun ¼ final mərhələsinin MOİK-lə cavab oyunu ilə cənub təmsilçisinin arenadakı tarixi də başlayıb. Həmin oyun isə 87-ci dəqiqədə Martin Stankovun vurduğu qolla “ağ-yaşıllar”ın 1:0-lıq qələbəsi ilə başa çatıb. Arenada ilk sarı vərəqənin müəllifi isə qapıçı Aleksandr Martyoşkin olub.

Həmin vaxtdan “Xəzər Lənkəran” Lənkəran şəhər stadionunda Avropa Liqasının 2, Azərbaycan çempionatının 81 və Azərbaycan kubokunun 16 matçına çıxıb. Bu 99 görüşdə 61 qələbəsi olan komanda 29 heç-heçə edib və yalnız 9 dəfə azarkeşlərini məğlubiyyətlə üzüb. Qonaqlar bu stadionda 172 dəfə topu qapısından çıxarmağa məcbur olubsa, Lənkəran klubunu cəmi 53 dəfə məyus edib.


Ceyhun Əhmədov