“Xəzər Lənkəran”lıdan etiraz - “Yeni pul qazanmaq metodudur”

xezer-lenkeranlidan-etiraz
Oxunma sayı: 1640

AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılan “Xəzər Lənkəran” klubunun tərcüməçisi Elvar Quliyev buna münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, o, “Facebook” hesabında cəzalanmasına belə etiraz edib: “5000 manat orta məktəb müəlliminin təxminən 3 illik əmək haqqıdır. Bizim futbol qurumu – AFFA isə 5 dəqiqəyə bu pulu “qazanır”. Bu böhran dönəmində orijinal metod tətbiq etdiklərinə görə onları alqışlayıram”.

Qeyd edək ki, Elvar Quliyev “Rəvan” – “Xəzər Lənkəran” (2:2) oyununun 81-ci dəqiqəsində hakim Ramil Diniyevin onların qapısına təyin etdiyi penaltiyə görə baş hakimə etiraz edib. AFFA Quliyevin bu etirazına 5 oyunluq cəza verib və 5 min manat cərimə kəsib.