Bu gün Azərbaycan çempionatının I Divizionunda XXV tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, Lökbatanda zirvə savaşı olacaq.
Belə ki, lider "Qaradağ Lökbatan" ən yaxın izləyicisi, 2 xal qabaqladığı "Xəzər"i qəbul edəcək. Elşad Əhmədovun komandası qələbə seriyasını davam edərsə, ilk dəfə lider olacaq.
I Divizion
XXV tur
27 aprel
16:00. "Qaradağ Lökbatan" - "Xəzər" - 1:3
Qollar: Sabir Allahquliyev, 41 - Elmin Rəhimzadə, 32; 63, Bəxtiyar Soltanov, 90+3
Baş hakim: İnqilab Məmmədov
Bakı. Qaradağ Olimpiya İdman Kompleksinin stadionu.
Son xəbərlər
Son Xəbərlər