Xəzər rayonunda koronavirusa qarşı mübarizə tədbirləri - Fotolar

Xəzər rayonunda koronavirusa qarşı mübarizə tədbirləri
Oxunma sayı: 1485

Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən RİH-də xüsusi Qərərgah yaradılaraq, öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın Qərar və təlimatlarına uyğun olaraq qurгub.

"Qafqazinfo" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən dezinfeksiya işlərinin aparılması üçün peşəkar işçilər və xidmət sahələri cəlb olunmaqla müvafiq qruplar yaradılıb, onların hər biri lazımi  texnika, ləvazimatlar və xüsusi geyim formaları ilə təmin edilib.

Dezinfeksiya işlərinə cəlb edilən şəxslər tərəfindən rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında, idman və mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, zirzəmilərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılmış və bu proses gündəlik olaraq davam etdirilir. 

Belə ki, rayonun Mərdəkan qəsəbəsinin Kolxoz, R.Cəfərov, R.Qasımov, M.Rəsulov, S.Yesenin küçələrində,  Şüvəlan qəsəbəsinin A.İldrım, M.Müşviq, Nizami, S.Vurğun, İ.Muradov, H.Məmmədov  küçələrində, Buzovna qəsəbəsinin H.Eyvazov, R.Axundov, R.İmanov, G.Məmmədov küçələrində, Binə qəsəbəsinin Dəmir yolundan Sovxoz ərazisinə qədər olan ərazilərdə, Ə.İsazadə, H.Hasilov, Xətai  küçələrində, Qala qəsəbəsinin Sovxoz ərazisi, Qala stansiyası ərazisində, Şağan qəsəbəsinin Əzizbəyov, M.Hüseynzadə, Məmmədbəyli, N.Məmmədov, Məktəbli, H.Xanızadə, M.məmmədov, Aqil Gəray, M.Cəbrayılov küçələrində, Türkan qəsəbəsinin Xanlar küçəsi və əhalinin sıx yaşadığı yeni yaşayış sahəsində, Zirə qəsəbəsinin N.Hüseynov, Babayev, Maqomayev və C.Əliyev küçələrində dezinfeksiya işləri aparılıb.

Eyni zamanda rayon ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Mərdəkan qəsəbəsində yerləşən “Dan Ulduzu” düşərgəsində, Buzovna qəsəbəsinin “Şəngilüm”, “Dalğa”, “Gilavar”, “Şahin” düşərgələrində və Dənizçilik məktəbinin yataqxanasında da dezinfeksiya işləri aparılıb.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti  tərəfindən gündəlik olaraq xüsusi kommunal texnikalar vasitəsi ilə rayonun küçə və prospektlərinin kənarları, yol kənarlarındakı məhəccərlərin yuyulması işləri aparılır. Həmçinin, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ayrıca olaraq,  2 ədəd xüsusi texnika ayrılaraq, qəsəbədaxili küçələrin xüsusi məhlullarla yuyulması və dezinfeksiya işlərinə cəlb edilib. 

Paralel olaraq, görülən tədbirlər çərçivəsində rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.

Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və digər iaşə müəssələrinə baxışlar keçirilərək, orada təşkil olunmuş təhlükəsizlik tədbirləri ilə maraqlanılır və həmin obyektlərə koronavirus (COVİD-19) infeksiyasından qorunmağın qaydaları və bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə hazırlanmış çap materialları paylanılır. Bundan əlavə, digər maarifləndirici materiallar hazırlanaraq, rayon ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına və istirahət parklarına vurulur. 

Bundan əlavə, RİH-də fəaliyyət göstərən qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün (012) 454 24 77 nömrəli “Qaynar xətt” yaradılaraq, RİH-nin rəsmi saytında və “facebook” səhifəsində yerləşdirilib. 












Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi