Xəzər rayonunda qanunsuz tikililər söküldü - Video

xezer-rayonunda-qanunsuz-tikililer-sokuldu
Oxunma sayı: 2346

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin Sovxoz adlanan ərazisində iki, Ş.İ.Xətai küçəsində isə bir qeyri-yaşayış obyektində aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar inşa olunan qanunsuz tikililər sökülüb və obyektlər nəzarətə götürülüb.

Həmçinin oxuyun: Камаледдин Гейдаров уволил сына главы Исполнительной власти - Фото