Xəzər rayonunun qəsəbədaxili yolları təmir olunur

xezer-rayonunun-qesebedaxili-yollari-temir-olunur
Oxunma sayı: 1170


“Qafqazinfo” xəbər verir ki, Rayon icra hakimiyyətindən verilən məlumata görə, Gürgan qəsəbəsində 12 min kvadratmetr, Buzovnada 42 min 600 kvadratmetr, Şüvəlan qəsəbəsində 72 min 800 kvadratmetr yola asfalt salınıb.

Eyni zamanda, Buzovna-Şüvəlan, Qala-Pirallahı, Buzovna–Maştaga, Hava limanı-Zıg yolundan Qala dördyoluna qədər olan hissə, ümumilikdə 53,7 kilometr yol yenidən qurulub.

Hazırda Buzovna-Mərdəkan-Qala dairəvi yolunun və Binə qəsəbəsindəki İsazadə küçəsinin yenidən qurulması işləri davam etdirilir.