Xəzər sammitinin keçiriləcəyi tarix və yer bəlli olub.
“Qafqazinfo” “İnterfax”a istinadən xəbər verir ki, Qazaxistanın XİN rəhbəri Kayrat Abdaraxmanov 5 xəzəryanı dövlətin avqustun 12-si Aktauda bir araya gələcəyini açıqlayıb. Nazirin sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə sammitdə iştiraklarını təsdiqləyiblər. Bu toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər