Xəzərdə 3-cü dəfə zəlzələ oldu - Yenilənib

xezerde-3-cu-defe-zelzele-oldu
Oxunma sayı: 8949

Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 16:46-da qeydə alınıb.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudada zəlzələ də olmuşdu.

***

Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla saat 18:49-da qeydə alınıb.