Xəzərdə 5 balıqçı itkin düşüb

xezerde-5-baliqci-itkin-dusub
Oxunma sayı: 1172


“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.

Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.