Xəzərdə batan balıqçının meyiti tapıldı- - Yenilənib

xezerde-batan-baliqcinin-meyiti-tapildi-
Oxunma sayı: 1313


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib.

Hazırda digər balıqçının axtarışı davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 11:10-da başa çatıb.