Xəzərdə batan gəncin meyiti tapıldı

xezerde-batan-gencin-meyiti-tapildi
Oxunma sayı: 1543

Bakıda 3 gün öncə dənizdə çimərkən boğulan şəxsin meyiti sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 22-də Pirallahı rayonunda dənizdə, ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda batan 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb.

F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:30-da başa çatıb.

Murad Əhməd