Xəzərdə batan iki nəfər xilas edilib

xezerde-batan-iki-nefer-xilas-edilib
Oxunma sayı: 711

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.