Xəzərdə batan şəxs xilas edilib

xezerde-batan-sexs-xilas-edilib
Oxunma sayı: 828

Xəzərdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.
 

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:10-da başa çatıb.