Xəzərdə batan şəxsin meyiti tapıldı - Yenilənib

Xəzərdə batan şəxsin meyiti tapıldı
Oxunma sayı: 1959

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.