Xəzərdə batan xarici vətəndaş xilas edildi

xezerde-batan-xarici-vetendas-xilas-edildi
Oxunma sayı: 723

Xəzərdə batan bir nəfər xilas edilib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 14:00-da başa çatıb.