Xəzərdə daha bir zəlzələ oldu - Yenilənib

xezerde-daha-bir-zelzele-oldu
Oxunma sayı: 2372

Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə "Qafqazinfo" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:20-də qeydə alınıb. Zəlzələ ocağı 47 kilometr dərinlikdə yerləşib.

***

Xəzər dənizində növbəti zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 10:32-də qeydə alınıb.

Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.