Ölkə ərazisində faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 7-si saat 13:00-a "Qafqazinfo"ya verdiyi məlumata əsasən, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib.
Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt, Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
***
Milli Hidrometeorologiya Xidmətinin martın 7-si saat 19:00-a olan məlumatına əsasən, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Salyan, Neftçalada 28 m/s, Tərtərdə 25 m/s, Qəbələdə 24 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Ağstafa, Beyləqan, Xaçmazda 20 m/s, Biləsuvar, Balakəndə 18 m/s, Hacıqabul, Yardımlı, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Maştağa, Bakıda 35 m/s, Qum adasında 33 m/s, Sumqayıtda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Pirallahıda 28 m/s, Çilov adasında 26 m/s, Binədə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6 metrə çatıb.
Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.
Son xəbərlər
Son Xəbərlər