Xəzərdə intihar edən şəxs kimdir?

xezerde-intihar-eden-sexs-kimdir
Oxunma sayı: 888

Dünən axşam saatlarında Bakı Bulvarında özünü dənizə ataraq intihar edən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxs Lənkəran şəhər sakini, 1955-ci il təvəllüdlü Maarif Əli oğlu Hüseynovdur. M.Hüseynov axşam saat 21:53 radələrində özünü Xəzər dənizinə ataraq suda boğulub ölüb.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
M.Hüseynovun meyiti morqa aparılıb. İntiharın səbəbi hələ ki bəlli deyil.

İntihar edən M.Hüseynov Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən “B” massivində yaşayıb.

Yaxınları Maarif Hüseynovun borca görə intihar etdiyini bildiriblər.

Murad Əhməd