Xəzərdə üzən gəmilərə xəbərdarlıq

Xəzərdə üzən gəmilərə xəbərdarlıq
Oxunma sayı: 1139

Sentyabrın 22-si günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi