Xəzərdə yanan Rusiya gəmisi Bakıya gətirilir - Yenilənib

xezerde-yanan-rusiya-gemisi-bakiya-getirilir
Oxunma sayı: 5840

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Rusiya KİV-in yaydığı məlumata görə, gəmidə 1 ekipaj üzvü ölüb, digər 18 ekipaj üzvü xilas edilərək yaxınlıqdakı gəmiyə köçürülüblər. Məlumata görə, tankerdə neft məhsulları olmayıb. 

Rusiya FHN-nin Cənub regional mərkəzinin nümayəndəsi bildirib ki, yanan tankeri söndürmək artıq faydasızdır və yanğının bitməsini gözləmək lazım gələcək. 

***

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı birgə məlumatda deyilir.

Məlumata əsasən, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə üzən tankerdə yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olub. Dərhal FHN və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

***

Bu gün Xəzər dənizində göyərtəsində yanğın baş verən Rusiya gəmisi Bakıya gətirilir. “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatında bildirilir.

Məlumata görə, FHN-in “Vixr-5“ və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA“ gəmiləri Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.