Xəzərdə zəlzələ oldu

xezerde-zelzele-oldu
Oxunma sayı: 768

Xəzərdə zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Bildirilir ki, ötən gün yerli vaxtla saat 23:40:11-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin dərinliyi 62 km, maqnitudası 3.1 olub.