Xəzərdə zəlzələ oldu

xezerde-zelzele-oldu
Oxunma sayı: 1329

Fevralın 26-da Nardaran seysmoloji stansiyasından 112 kilometr şimal-şərqdə - Xəzər dənizində maqnitudası 4.6 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:51:21-də qeydə alınıb.

Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.