Xəzərin Türkmənistan sahillərində cəsəd tapılıb.
“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, tapılan meyitin “Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir. Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Son xəbərlər
Son Xəbərlər