18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, FHN-in məlumatına görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Son xəbərlər
Son Xəbərlər