“Xəzər”dən əzmkar qələbə, “Qaradağ Lökbatan” yenə uduzdu

xezerden-ezmkar-qelebe-qaradag-lokbatan-yene-uduzdu
Oxunma sayı: 1395

Azərbaycan 1-ci divizionunda 17-ci turuna start verilib.

"Qafqazinfo" xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma keçirilib. Lider “Qaradağ Lökbatan” ardıcıl üçüncü oyundan məğlub ayrılıb. Lökbatan təmsilçisi bu dəfə evdə “Turan Tovuz”a uduzub - 1:3. "Xəzər" səfərdə "Zaqatala"nı 2:1 hesabıyla üstələyib. "Binə" isə evdə "Ağsu"ya minimal hesabla qalib gəlib.

Birinci divizion, 17-ci tur

8 mart

"Zaqatala" - "Xəzər" 1:2

Qollar: Elvin Həsənov, 11 - Bəxtiyar Soltanov, 15. Tural Qürbətov, 86.

Qırmızı vərəqə: Sahil Zeynalov, 90+2.

"Qaradağ Lökbatan" - "Turan Tovuz" 1:3

Qollar: Sabir Allahquliyev, 71-pen - İlkin Rzayev, 54; 80. Ziyabil Məmmədov, 58.  

"Binə" - "Ağsu" 1:0

Qol: Sərxan Ağayev, 10.