“Xəzər”dən növbəti qələbə, MOİK səfərdə qalib gəldi

xezerden-novbeti-qelebe-moik-seferde-qalib-geldi
Oxunma sayı: 1020

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.

Çempionatın lideri “Qaradağ Lökbatan” səfərdə “Xəzər”lə üz-üzə gəlib. İlk məğlubiyyətini ötən tur alan lider bu oyundan da xalsız ayrılıb.

MOİK isə səfərdə “Mil-Muğan”a qalib gəlib.

Birinci Divizion
16-cı tur
2 mart (cümə)


“Xəzər” – “Qaradağ Lökbatan” 1:0
Qol: Tural Qürbətov, 5.
Hakimlər: Əliyar Ağayev, Yaşar Abbasov, Rza Məmmədov, Alik Yunusov.
Bakı. “İnter Arena”.

“Mil-Muğan” – MOİK 1:2
Qol: Vüqar Asəliyev, 31 – Bəhruz Teymurov, 12. Cəmli Hacıyev, 57.
Hakimlər: Etibar Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Səbuhi Bayramov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.