Xəzərdən tapılan meyitin kimə məxsus olması dəqiqləşdi - Açıqlama

xezerden-tapilan-meyitin-kime-mexsus-olmasi-deqiqlesdi
Oxunma sayı: 640

Aprelin 6-da Xəzər dənizindən aşkar edilən kişi meyitinin kimə məxsus olması dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, Axtarış – Xilasetmə qərargahının məlumatına görə, cəsəd «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. 

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xatırladaq ki, ötən ilin dekabrında  N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçması nəticəsində neftçilər dənizə düşmüşdü. Azay Zülfüqarov eyni faciədə itkin düşən və meyiti  martın 20-də  tapılan 1965-ci il təvəllüdlü Güloğlan Zülfüqarovun qardaşıdır.