Xəzərdən xilas olan gənclər sevgili deyillər

xezerden-xilas-olan-gencler-sevgili-deyiller
Oxunma sayı: 2789


Space TV-nin verdiyi xəbərə görə,  20-25 yaşlarında gənc qız özünü dənizə atıb. Bunu görən bulvar ərazisində gəzintidə olan gənc oğlanlardan biri xanımı xilas etmək məqsədi ilə suya baş vurub. FHN-nin dövlət sularında xilasetmə xidmətinin əməkdaşlarının səyi nəticəsində hər iki şəxs sudan çıxarılıb. Daha sonra gənc oğlan və qız 1 saylı şəhər xəstəxanasına aprılıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları artıq hər iki gəncin şəxsiyyətini müəyyən edib. Məlum olub ki, intihara cəhd edən xanım 21 yaşlı Masallı rayon sakini Niftəliyeva Nilufər Natiq qızı, onun həyatini xilas etməyə çalışan qəhrəman isə 21 yaşlı Salyan rayon sakini Aslanov Xalid Faiq oğludu. Hazırda faktla bağli Səbail Rayon Polis İdarəsində araşdırmalar aparılır. Xanımın ifadəsi alındıqdan sonra hadisənin dəqiq səbəblərinə aydınlıq gətiriləcək.