2013-cü ildən "Xəzər" telekanalında efirə gedən “Bir ailəm var” və “Həyat sən nə qəribəsən” serialları sona çatır.
“Qafqazinfo”nun məlumatına görə, indiyə kimi hər iki serialda 85 nəfər əsas rollara, 2500 nəfər isə epizodik rollara çəkilib.
Ümumilikdə hər iki serial üçün 1027 seriya ssenarisi yazılıb.
“Həyat sən nə qəribəsən” də baş rolda Günel Həmidova, Kənan Yusifov, Asiya Atakişiyeva və Tural Baxış çəkilib.
Ekran işlərində eyni zamanda xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Həmidə Ömərova, əməkdar artist Suğra Bağırzadə çəkilib.
Seriallardan biri iyunun 2-də, digəri isə 3-də final edəcək. Onu da qeyd edək ki, seriallar Azərbaycan teleməkanında ilk dəfə olaraq canlı final yayımı ilə sona çatacaq.
Son xəbərlər
Son Xəbərlər