Xəzərin çirkləndirilməsi görüntüləri ilə bağlı - “Azərsu”dan açıqlama

xezerin-cirklendirilmesi-goruntuleri-ile-bagli
Oxunma sayı: 1762

“Azərsu” ASC son günlər bulvar ərazisində Xəzər dənizinin çirkləndirilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov görüntülərdən xəbərdar olduğunu qeyd edib:

“Bu barədə məlumatımız var. Biz həmin əraziyə baxış keçirmişik və araşdırmışıq. Məlum olub ki, həmin axıntılar qrunt sularıdır. Çirkli təsərrüfat-məişət suları deyil. Əlimizdə laboratoriya nəticələri də var. Lazım olsa, təqdim edə bilərik”.

Gülnar Əliyeva