Xəzərin statusu üzrə işçi qrupun iclası olub

xezerin-statusu-uzre-isci-qrupun-iclasi-olub
Oxunma sayı: 782

İyulun 11-12-də Astanada Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 46-cı iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, Trend-in Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumatına görə, iclas Xəzəryanı ölkələrin XİN rəhbərlərinin müavinləri səviyyəsində keçirilib.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Xüsusi işçi qrupunun növbəti iclası İranda keçiriləcək.