Xəzərin suyu Kürə qarışdı - İçməli su problemi yarandı+Yenilənib

xezerin-suyu-kure-qarisdi
Oxunma sayı: 5607

Son günlərdə Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.

Neftçala rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, qarışma nəticəsində Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb:

"Nəzərinizə çatdırmaq istərdik ki, məsələ Neftçala Rayon İcra Hakimiyyətinin nəzarətindədir və ⁣”Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində regional bölmələr və yerli qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir".

***

RİH-in açıqlamasına görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhalinin içməli su ilə təmin olunması məqsədi ilə 10 ədəd hər birinin tutumu 10 kub olan xüsusi texnika vasitəsi ayrılıb. Rayon ərazisinə 6 maşın (60 kub) içməli su gətirilmiş, rayonun Yenikənd, Qırmızı Şəfəq, Kürkənd, 1№-li Mayak, 2№-li Mayak və Şirvanlı kəndlərin modul tipli sutəmizləyici qurğularına boşaldılıb. Vətəndaşlar içməli su ilə təmin olunub. ⠀

"Bu istiqamətdə işlər davam etdirilir və mütəmadi su təminatı olacaq. Su təminatı ilə yaranmış çətinliklə bağlı vətəndaşları içməli sudan qənaətlli şəkildə istifadə etməyə çağırırıq", - deyə məlumatda qeyd olunur.