Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

xezeryani-olkelerin-novbeti-sammiti-iranda-kecirilecek
Oxunma sayı: 769

Növbəti, yeddinci Xəzər sammiti razılaşdırılan vaxtda İranda keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin dərc etdiyi altıncı Xəzər sammitinin kommünikesində deyilir.

“7-ci Xəzər sammiti razılaşdırılmış vaxtda İran İslam Respublikasında keçiriləcək”, - sənəddə deyilir.

Kommunikedə altıncı Xəzər sammitinin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Türkmənistana minnətdarlıq ifadə edilir. "Xəzər sammitlərinin müntəzəm xarakter daşıması Xəzər dənizində və regional inkişafda əməkdaşlığın prioritetlərini müəyyən etməyə, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün ümumi yanaşmalar işləyib hazırlamağa imkan verir. Xəzəryanı dövlətlərin başçılarının görüşlərinin keçirilməsi praktikasına dəstək vermək niyyəti təsdiqlənib.”, - sənəddə qeyd edilir.

Aşqabadda bu gün keçirilən sammitdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri iştirak edib.