Xəzəryanı ölkələrin XİN rəhbərləri müavinləri Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya üzrə məsləhətləşmələr aparmaq üçün bir araya gələcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanov məlumat verib. Onun sözlərinə görə, görüş altı aydan gec olmayan müddətdə keçirilməlidir. Bu səbəbdən müzakirələrin bu ilin payızında Azərbaycanda aparılması planlaşdırılır.
Nazir məsləhətləşmələrin əldə olunan razılaşmaların reallaşdırılması ilə bağlı olacağını vurğulayıb.
Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzər sammitində Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalayıblar.
Son xəbərlər
Son Xəbərlər