Xəzəryanı ölkələrin sammiti 2017-ci ildə Astanada keçiriləcək

xezeryani-olkelerin-sammiti-2017-ci-ilde-astanada-kecirilecek-
Oxunma sayı: 692

Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü 2017-ci ildə Astanada baş tutacaq.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bu gün Astanada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün nəticələri ilə bağlı bildirib.

Nazir deyib ki, sammitin dəqiq tarixi daha sonra dəqiqləşdiriləcək.

Xatırladaq ki, sammitin bu ilin payızında keçiriləcəyi açıqlanmışdı.