“Xəzri” qələbə qazandı

xezri-qelebe-qazandi
Oxunma sayı: 1259

10 yanvar “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 10-cu turunun və ikinci dövrənin açılış oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki,  “Xəzri” və “Neftçi” klubları arasında keçirilmiş oyunda, mübarizə qarşılaşmanın son dəqiqlərinə qədər davam edib və yekunda “Xəzri” 86-84 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçularından olan Amil Həmzəyev dominant oyun nümayiş etdirərək “Xəzri”yə qalibiyyət gətirib. (22 xal, 8 ribaund), “Neftçi” klubunda isə, Kamran Məmmədov lider olub. (20 xal, 6 ribaund)

Qeyd edək ki, 10-cu turun növbəti oyunları (“Sumqayıt” – “NTD-İNDİQO”, “Cəlilabad” – “Sərhədçi”, “Şəki” – “Xırdalan”, “Gəncə” – “Sabah”) 12, 13 və 14 yanvar tarixlərində baş tutacaq.