“Xiaomi” şirkəti özünün MIUI istifadəçi interfeysinin növbəti inkişaf mərhələsi barəsindəki planlarını açıqlayıb.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin rəsmi forumunda tərtibatçılar sözügedən interfeysin Çin versiyasında aktiv olan, MIUI 10 və MIUI 11-ə əlavə ediləcək bir çox yeniliklərin siyahısını təqdim ediblər.
Siyahıda olan funksiyalardan bəziləri hələ planlama mərhələsindədir və şirkət həmin funksiyaları indiki zamanda istifadəyə verməyi düşünmür. Bəzi funksiyalar isə yeni smartfonlarda və ya MIUI-nin yenilənmiş versiyasında artıq aktivdir. Hazırda şirkət aktiv olan funksiyaların qlobal versiyaları üzərində çalışır. Funkiyalardan bəziləri bütün smartfonlarda aktiv olmaya bilər. Onlardan bəziləri isə çıxışa yaxın zaman dəyişə və ya MIUI-nin stabil versiyasına ümumiyyətlə əlavə olunmaya bilərlər.
Yaxın zamanda MIUI-nin qlobal versiyasında aktivləşdiriləcək funksiyalar:
- Cihazı üz skanı vasitəsilə blokdan çıxardıqdan sonra bloklanma ekranında qala bilmə özəlliyi
- “Xiaomi Music” üçün yeni səs effektləri
- Yeni “Dolby” səs effektləri
- Eyni anda üz skanı ilə barmaq izi skanının istifadəsi
- Enerji sərfiyyatının qənaət edilməsi rejiminin yaxşılaşdırılması
- Səs əmrləri vasitəsilə ekranın aktivləşdirilməsi
- Təmizləmə funksiyasının optimizasiya olunması
- Yeni vaxt ölçmə funksiyaları
- Daha çoxlu sayda cihazlar üçün gecə çəkilişi rejiminin dəstəyi
- İstifadəçi interfeysi üçün “Dark Mode” rejimi
- Şriftlər ilə ekran ölçüsünün ayrı-ayrılıqda ayarlanması
- Smartfonun enerji və siqnal səviyyəsinin vəziyyətinin informasiya bölməsində əks olunması
Hazırda hazırlanma prosesində olan funksiyalar:
- APK faylların quraşdırılmasından sonra həmin faylların avtomatik şəkildə silinməsi
- Fotoalbomlar üçün lokal zibil qabı
- Fotoların 18:9 formatında kəsilməsi dəstəyi
- Ekrana səhv toxunuş hallarının aşağı salınması
- Tətbiqlər üçün icazə sisteminin idarəetməsinin optimizasiya olunması
- Uşaqlar üçün xüsusi rejim
- Oyunlar üçün “Bluetooth” vasitəsilə “Stereo” dəstəyi
- Təcili vəziyyətlərdə lazımi kontaktların bloklanma ekranında əks olunması
- Enerji doldurulması prosesinin yeni animasiyası
- Yenilənmiş bloklanma ekranı
Gələcəkdə planlaşdırılan funksiyalar:
- Oyun rejimində ekran oriyentasiyasının bloklanması
- Oyun rejimində istfadəçi ayarları
- SIM kartı standart olaraq hər bir kontakt üçün quraşdıra bilmə imkanı
- İnterfeys üçün yeni rənglər
- “Yada salmaq” bölməsində “Təxirə salmaq” düyməsinin əlavə olunması
- Kənar ödəmə servislərinin inteqrasiya edilməsi
- Video miqyasının böyüdülməsi imkanı
- Fotonun redaktə olunmasından sonra onun ilk versiyasının yenidən yaddaşa yazılması
- Zəngli saatın işə düşməsi zamanı səsli qeydlərin səsləndirilməsi.
Son xəbərlər
Son Xəbərlər