Xidmətdə olan yol polisini maşın vurdu

xidmetde-olan-yol-polisini-masin-vurdu
Oxunma sayı: 3185

Salyanda Dövlət Yol Polisi əməkdaşını avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, Yol Patrul Xidmətinin əməkdaşı, 1992-ci il təvəllüdlü Cavadov Şəhriyar Piri oğlunu xidmətdə olan zaman avtomobil vurub.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli