Xidmətdən razı qalmadı, səfirlik binasını yandırdı - 14 yaralı var + Video

xidmetden-razi-qalmadi-sefirlik-binasini-yandirdi
Oxunma sayı: 2417

İsveçin paytaxtı Stokholmda Portuqaliya, Argentina və Tunis səfirliklərinin yerləşdiyi binada yanğın olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 14 nəfər yüngül yaralanıb.

Hadisə yerinə 70 yanğınsöndürən cəlb edilərək yanğın söndürülüb.

Hadisənin Portuqaliya səfirliyinə gələn 50 yaşlı bir nəfər tərəfindən törədildiyi bildirilib. Məlumata görə, o səfirlikdə xidmətdən razı qalmayıb və hirsini binanı yandıraraq çıxmaq istəyib.

Həmin şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.