“Xilas edə bilməsəm, istefa verəcəm”

xilas-ede-bilmesem-istefa-verecem
Oxunma sayı: 985

Ötən günlərdə Dəməşqə səfər edən Liviyalı heyət prezident Bəşər Əsədlə baş tutan görüşün maraqlı detallarını mediaya açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əsəd Liviyalı heyətə hansı halda istefa verəcəyini açıqlayıb:

“Əldə edilən atəşkəslərin müvəqqəti mərhələ olduğunu düşünməyin. Suriya ordusu gücü əldə edib. Biz Hizbullah və Rusiyanın dəstəyinə sahibik.  

Əgər iki il ərzində Suriyanı xilas edə bilməsəm istefa verəcəm. Lakin mən Suriyanın qurtarılacağına dair yüz faizlik zəmanət verirəm.

Müzakirələr və bunun kimi məsələlərə fikir verməyin. Suriyanın terrorçulardan qurtarılmasının əsl planı, onun regional rolunu yenidən qazanmasından keçir”.