Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisindən xilas edilən üç dənizçi Türkiyəyə aparılır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Furkan Yaren və İlhan Süha Tatlıgül, eləcə də, hücumda yaralanan Bahadır Yeşilalanı Qabonun paytaxtı Librevildən Türkiyəyə aparan təyyarə havaya qalxıb.
Laynerin yerli vaxtla 03.30-da İstanbul Hava Limanında olacağı gözlənilir. Onları Türkiyənin Qabondakı fövqəladə və səlahiyyətli səfiri Nilufər Ərdəm Kayqısız yola salıb.
Qeyd edək ki, yanvarın 23-də dəniz quldurlarının "Mozart"a basqını nəticəsində gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, bir nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılov olub. Onun nəşi yanvarın 27-də ölkəmizə gətirilib və Siyəzəndə torpağa tapşırılıb.


Son xəbərlər
Son Xəbərlər