Xilas edilən alpakanın bugünkü - Fotosu

xilas-edilen-alpakanin-bugunku
Oxunma sayı: 4297

Ötən ilin avqust ayında qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpakanın yeni fotosu yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, yeni şəkli “Alpaka Azerbaijan” instaqram səhifəsi paylaşıb. 6 ay əvvəl fermaya gətirilən alpakanın bu müddətdə 25 kiloqramdan artıq çəki aldığı bildirilir. 

“Xan (keçmiş adı "Karamel") hamınıza böyük salam göndərir və tezliklə fermamızın bütün qonaqları ilə görüşməyi səbirsizliklə gözləyir!”, - paylaşımda qeyd olunub. 

Qeyd edək ki, alpakanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən məsələ yerində araşdırılıb və alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbərinə məcburi göstəriş verilmişdi. Bundan sonra alpaka “Alpaka Azərbaycan” tərəfindən fermaya qəbul edilmişdi.